44 günlük müharibədə 200 illik mifi ancaq, Azərbaycan xalqı əli yalın olanda, erməni başkəsənləri əhaliyə divan tutur. Azərbaycan xalqı birləşib, əks hücuma keçəndə, ermənilər məğlub olanda yenə hay həşir salırlar, bəs biz yazıq milləti qırırlar, hüquqlarımız pozulur, ermənilər “ali irqə mənsubdular, onlara ayağın yandı geriçək demək olmaz, onların Makron, Qaragin dayılarının xətrinə dəyər. Fransanın Soçi görüşü ərəfəsində separatçıların törtöküntülərini qəbul etməsi, Minskinin 30 illik” fəaliyyətin yenidən diriltmək ermənilərə qulluq etmək istəyirlər. Makronu başa salmaq gərəgdir ki, hansı prinsiplərə qaytmaqdan danışır, Azərbaycanı yenədəmi 30 illik aldatmaqla vaxt uzatmaq istəyirlər, ancaq Cənab İlham Əliyev açıq şəkildə bildirdi ki, status məsələsi həll olunub, status zibil qutusuna atılıb. Soçi görüşündə Rusiya prezidenti Vladimir Putin və Azərbaycan rəhbəri Cənab İlham Əliyevin, Ermənistan baş naziri N.Paşinyan, tez bir zmanda sərhədlərin delmitasiyası başa çatdırılması vacibdir ki, iki dövlət arasında sülh anlaşması imzalansın. Görüşdə Cənab İlham Əliyev noyabrın 16-da Ermənistan Azərbaycan sərhədlərində baş verən toqquşmaların, Rusiyanın sülhməramlı qüvvələrinin, dayandığı məntəqələrindən uzaqda baş verməsi, rus sülhməramlılarının xidmətlərinə kölgə sala bilməz, Rus-Türk monitorinq mərkəzləri, öz üzərlərinə düşən öhdəlikləri dəqiq yerinə yetirirlər, bu haqda görüşdə danışan Azərbaycan lideri İlham Əliyev qəti şəkildə bildirdi ki, sərhəddə baş verənlərə rus sülhməramlıları cavabdeh deyil. Sərhəd məsələlərini komnukasiya xətlərinin açılması Rusiyanın köməyi ilə tez bir zamanda başa çatdırılmalıdır. Rusiyanın dövlət rəhbəri Cənab V.V.Putin bütün təziqlərə baxmayaraq qəti şəkildə çalışır ki, Qafqazda sülh və əminamanlıq olsun, Azərbaycan və Ermənistan arasında davamlı sülhə nail olunsun. Bir şeyi yadda saxlamalıyıq ki, Rusiyanın özündə də güclü erməni diasporu və Jirnovski kimi, slavyan avanturistləri var. Ona görədə bu cür razılaşmalarda Putinin özünün də nə qədər təzyiqlərlə rastlaşdığın nəzərə almalıyıq. Moskvada hələdə qaytarılacaq iddiası ilə yaşayanlar çoxdur. Heçbir qüvvə 10 noyabr razılaşmasında əldə olunan şərtləri dəyişə bilməyəcək. Fransanın arzuları gözündə qalacaq, erməni sevdası suya düşəcək.Sabir Qasımov,Xocalı rayon Meşəli kənd tam orta məktəbin tarix müəllimi